Qüdrət Həsənquliyev bir neçə əmr imzalayıb

Qüdrət Həsənquliyev bir neçə əmr imzalayıb

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni struktur vahidlərinin yaradılması və təyinatlarla bağlı bir neçə əmr imzalayıb. SİA-nın məluamtına görə, BAXCP sədrinin əmrinə əsasən, partiyada Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katiblik yaradılıb və Yaşar Kələntərli təşkilati işlər üzrə katib vəzifəsindən azad edilərək BAXCP-nin Dünya Azərbaycanlıları və Türk Dünyası ilə əlaqələr üzrə katibi vəzifəsinə təyin olunub. Partiyanın təşkilati işlər üzrə katibi vəzifəsinə isə Bünyamin Qəmbərli təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə