Prezident BP şirkətinin icraçı direktorunu qəbul edib

Prezident BP şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, Azərbaycanda işlənilən yataqlar, o cümlədən "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulanıb, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə