Tahir Kərimli: "Müxalifət məqsədinə aksiyalarla nail ola bilməyəcək"
Müxalifət heç bir aksiyasında istəyinə nail ola bilməyəcək. Bunu SİA-ya açıqlamsında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. Onun sözlərinə görə, dünyada icazəsiz aksiayalara yol verilmir və onların qarşısı alınır: "Bu dəfə də müxalifət Azərbaycanı dünyanın gözündən salmaq cəhdlərinə nail ola bilmədi. Bu dəfə Azərbaycan hökuməti şərait yaratdı ki, aksiyalarını keçirsinlər. Ancaq yenə də bir nəticə hasil olmadı. Sadəcə, yüngül səs-küy yarada bildilər. Artıq hamı alışıb ki, müxalifət aksiya xatirinə şəhərin mərkəzinə toplaşır".
Əli Kərimli və İsa Qəmbər arasındakı vahid namizəd məsələsinə də münasibət bildirən partiya sədri hesab edir ki, hər ikisi vahid namizəd olmaq üçün bir-biri ilə didişirlər: "Bunların hər ikisi çalışır ki, müxalifətin vahid namizədi olsun. Bunun üçün də bir-birlərinə güzəştə getmək istəmirlər. İsa Qəmbər hesab edir ki, o daha güclüdür və daha təcrübəlidir. Bunu üçün də o, vahid namizəd olmalıdır. Əli Kərimli isə hesab edir ki, İsa Qəmbər prezident seçkilərində iştirak edib, ancaq qələbə qazana bilməyib. Məğlubiyyətlərə rəğmən gənclər ondan üz çevirib. Buna görə də vahid namizəd gənclərin dəstəklədiyi Əli Kərimli olmalıdır. Öz aralarında razılığa gələ bilməmələrinə səbəb hər ikisinin özlərini lider görmək ambissiyasıdır. Reallıqda isə başa düşürlər ki, heç bir şansları yoxdur. Çünki hər ikisinin sosial bazası yoxdur və xalqın inamını itiriblər. Aksiyalara getmələrinin səbəbi isə xaricə səs salmaq niyyətləridir ki, müxalifəti təmsil edirlər. Bütün bunlar istəkdir və reallaşması da mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB