"Müxalifət aksiyaya tərəfdaş toplaya bilmir"

Seymur Orucov: "Xalq arasında dayağı olmayan bir qrup müxalifət təmsilçisinin hərəkəti yalnız xaricdən gələn sifarişlərin realizasiyasına hesablanıb"
"Müxalifət aksiyaya tərəfdaş toplaya bilmir"

Müxalifət düşərgəsi acınacaqlı dövrünü yaşayır. Xüsusən, radikal, dağıdıcı qanad hər zaman mitinq adı ilə insanların istirahət etdiyi məkanlarda qanunsuz aksiya keçirmək istəyir, amma tərəfdaş qıtlığından bu da baş tutmur. Onlar nəyinki kütləvi mitinqə, heç piket aksiyasına yığışacaq qədər adam toplaya bilmir. Bu fikirləri SİA-ya açıqlamsında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.

Onun sözlərinə görə, indiki müxalifət1990-cı illərin əvvəllərində iqtidarda olduğu vaxt gənclər, tələbələr universitetlərdə dərs keçə bilmirdilər. Hətta Azərbaycan Konistitusiyasında təsbit edilmiş təhsil hüququndan istifadə etməyə belə şərait yaradılmırdı: "Dövlətimizin bütün vətəndaşlara, o cümlədən gənclərə geniş azadlıqlar verdiyi bir zamanda müxalifət yenə insan hüquqlarında dəm vurur. Ümumiyyətlə, müxalifətin atdığı addımlar heç bir mətiqə sığmır. Dekabrın 10-da keçirləcək aksiyanı da növbəti məntiqsiz, uğursuzluğa məhkum addım kimi qiymətləndirirəm. İnsanları vaxtilə hüquqlarından məhrum edən həmin şəxlər indi insan haqlarından danışırlar. Müxalifətin belə hərəkətləri absuddur. Xalq arasında dayağı olmayan bir qrup müxalifət təmsilçisinin hərəkətləri yalnız xaricdən gələn sifarişlərin realizasiyasına hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə