Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) baş ofisində hakim partiyanın sədr müavini, icra katibi Əli Əhmədov Serbiyanın nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, Əli Əhmədov Serbiya baş nazirinin müavini Rasim Lyaviçin ölkəmizdə olmasından məmnunluq duyduğunu ifadə edib və ona dərin minnətdarlığını bildirib.
Partiyanın sədr müavini deyib ki, Azərbaycan Respublikası Serbiya dövləti ilə bir neçə istiqamətdə razılığa gəlib: "Hesab edirəm ki, bizim əlaqələrimiz bir çox istiqamətdə davamlı olaraq genişlənəcək. Hazırda isqtisadi və digər sahələrin inkişaf etdirilməsi üçün ölkəmizdə yetərincə imkanlar vardır. Bu münasibətlərin ən bariz göstəricisi isə Serbiya Sosial Demokrat Partiyası ilə YAP arasında olan əlaqələrdir".
Serbiya baş nazirinin müavini Rasim Lyaviç isə öz növbəsində Əli Əhmədova qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə görə, dərin təşəkkürünü bildirib. Qeyd olunub ki, gələn ilin fevralında strateji əməkdaşlıq üçün razılıq əldə olunacaq: "Bu əməkdaşlıq isə öz növbəsində Azərbaycan və Serbiya dövlətlərinin münasibətlərində pik nöqtəyə gətirib çıxaracaq. Azərbaycan və Serbiyanın beynəlxalq arenadakı çağırışlarında oxşar predmetlər mövcuddur. Belə ki, Azərbaycan üçün Dağlıq Qarabağ, Serbiya üçün Kosova probleminin həlli gündəmin əsas prioritet məsələsini təşkil edir".
Serbiyalı nazir sonda Azərbaycanlı iş adamlarını öz ölkələrinə sərmayə qoymağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB