"Əsas məsələ torpaqlarımızın işğaldan azad olunmasıdır"

"Əsas məsələ torpaqlarımızın işğaldan azad olunmasıdır"

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının konfransının Bakıda keçirilməsi mühüm bir hadisədir. Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mİrzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan üçün fundamental məsələ torpaqlarımızın işğaldan azad olunmasıdır: "Formun bəyannaməsinə Azərbaycan torpaqlarının işğal olunması faktının salınması mühüm hadisədir. Çünki burda iştirak edən nümayəndələr ayrı-ayrı ölkələrin həm müxalifətini, həm də iqtidarını təmsil edirdilər. Çıxışlarda toxunulan mövzular kifayət qədər ciddi idi və uğurlu sayılmalıdır. Burda iştirak edən nümayəndələr ölkəmizdəki inkişafla tanış oldular və onlarla əlaqələr quruldu. Ölkəmizin belə proseslərdə aparıcı yerdə dayanması mühüm amildir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə