İctimai Palatada baş verən istefalar istər Müsavatın istərsə də AXCP-nin sosial bazasının zəifləməsi ilə bağlıdır. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Sol Partiyasının (ADSP) sədri Elşən Manafov bildirib.
Müxalifətin bütün sosial bazası artıq tükənib. "Müxalifət partiyalarının bir neçə dəfə kütləvi etiraz aksiyaları keçirmək cəhdinə baxmayaraq bu aksiyalar kütləvi olmadı. Keçirdikləri aksiyaları şəhərin mərkəzində baş tutmasına çalışan müxalifətin məqsədi şəhər sakinlərini bu aksiyalara tamaşa etməsin təmin etməkdir. Həmçinin bu aksiyalrı keçirməkdə məqsəd Azərbaycana marağı olan geosiyasi güc mərkəzlərinin və məlum dövlətlərin məlum dairələrinin diqqətini cəlb edərək maliyyə resurslarının alınmasından başqa bir şey deyil.
Müxalifət partiyaları arasındak gərginliyə münasibət bildirən partiya sədri hesab edir ki, Müsavat və AXCP arasındakı gərginlik bu günün və dünənin doğurduğu gərginlik deyil. "Zamanında Müsavat partiyası hakimiyyətdə təmsil olunarkən AXCP partiyası həmin parlamentin legitimliyini qəbul etmirdi. AXCP parlamentdə təmsil olunanda isə Müsavat onları qəbul etmirdi. Ümumiyyətlə bu iki partiya sədrləri arasında hər zaman konyuktura baxımından böyük iddialar olub. Təəssüf ki, bu iddialar bu gündə gündəmdədir".
Mövzuya münasibət bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hesab edir ki, bu iki şəxs üzdə dost olsalarda kənarda düşmək kimidirlər. "Müsavat və AXCP liderləri hər zaman əqidə və ideologiya adamı kimi özlərini təqdim ediblər. Ancaq hər hansı bir kənar dövlət Azərbaycan haqında xoşa gəlməz addım atanda dərhal onların tərəfini tuturlar. Belə bir vəziyyət özlərinin də aralarında var. Bunlar üçün əqidə və ideologiya əsas deyil. Əsas odur ki, özlərini bütün müxalifətin lideri kimi təqdim etsinlər. Ancaq aralarındakı ədavət buna imkan vermir. AXCP 2000-ci ildə parlamentdə yer alanda Müsavat onları xəyanətdə suçlayırdı. Müsavat 2005- ci ildə yer alanda AXCP onları xəyanətdə günahladırırdı. Hər hansı bir parlamentdə yer alanda dərhal loyallaşır, əks tərəf isə radikallaşır. Məlum olduğu kimi müxalifətin sosial bazası artıq tükənib. Xalq kütlələri heç vaxt onları müdafiə etməyəcək".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB