Elçin Mirzəbəyli: "İvanişvili dövlət idarəçiliyinin nə olduğunu bilmir"
Gürcüstanın baş naziri Bidzina İvanişvilinin atdığı son addımlar Rusiya ilə münasibətlərin normalaşdırılmasına hesablanıb. Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, Gürcüstan baş nazirinin verdiyi bəzi açıqlamalar xüsusi narazıçılıqlara yol açır: "Xüsusilə buna enerji sektorundakı əməkdaşlıq məsələləri aiddir. Bu daha çox Rusiyanın son dövrdə sərgilədiyi mövqeyə xidmət edir. Bir məqamı da qeyd edim ki, Azərbaycanın Respublikasının Dövlət Neft Şikəti (ARDNŞ) Gürcüstanın qazpaylayıcı "İtera" şirkətini tamamilə alıb. Nə B.İvanişvili, nə də digər bir şəxs bu gün həyata keçirilən layihələrin üzərinə kölgə sala bilməz. Gürcüstanın Azərbaycandan çox böyük enerji asılılığı var. Bununla belə həmin dövlətin mövcudluğu Azərbaycanla bilavasitə bağlıdır. Güman edirəm ki, gürcü xalqının özü də bunu çox aydın bir şəkildə dərk edir".
Siyasi şərhçi deyib ki, əgər Gürcüstanın hər hansı bir siyasi hakimiyyəti Azərbaycanla münasibətlərin korlanması istiqamətində konkret bir addım atmaq niyyətində olarsa, bu ilk növbədə Gürcüstan dövlətçiliyinin təməl sütunlarına, xüsusilə də iqtisadi məsələlərə güclü zərbə olacaq: "Digər tərəfdən isə bu həmin adı çəkilən dövləti ciddi problemlərlə üz-üzə qoyacaq. B.İvanişvili biznes adamıdır və hakimiyyət strukturlarında təmsil olunmayıb. Və belə olan təqdirdə o dövlət idarəçiliyinin nə olduğunu bilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB