19 oktyabr 2012-ci il tarixində Vaşinqtonun prestijli Fairfax otelində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpa olunması münasibətilə təntənəli tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ARDNŞ-nin ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov, Milli Məclisin deputatı Asəf Hacıyev, Azərbaycan diasporasının ABŞ-dakı çoxsaylı nümayəndələri, diplomatlar, akademik dairələrin nümayəndələri və bir sıra ABŞ vətəndaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə ARDNŞ-nin Vaşinqton üzrə nümayəndəsi R.Məmmədov açaraq iştirakçıları salamlayıb və bayram münasibətilə öz təbriklərini çatdırıb. O, ARDNŞ-nin Vaşinqton nümayəndəliyinin bu yaxınlarda fəaliyyətə başladığını bildirmiş və Nümayəndəlik tərəfindən belə tədbirlərin tez-tez təşkil olunacağını qeyd edib.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bayram münasibətilə öz təbirklərini çatdırıb və tədbirin təşkilinə görə ARDNŞ-yə öz təşəkkürünü bildirib. Səfir Azərbaycanın müstəqilliyini bərpa olunmasından keçən 21 il ərzində qazandığı ciddi nailiyyətlərdən bəhs etmiş, dövlət müstəqilliyinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Azərbaycan mətbəxinin təamları dadılıb. Səsləndirilən Azərbaycan musiqisi tədbirə xüsusi rəng qatıb.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB