Vladimir Semaşko Azərbaycana gələcək

Vladimir Semaşko Azərbaycana gələcək

Bu ay Belarus baş nazirinin birinci müavini Vladimir Semaşkonun Azərbaycana səfər etməsi nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç məlumat verib. Onun sözlərinə görə, səfər Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı əsası qoyulan danışıqları, iki ölkənin hökumətlərarası komissiyalarının yeddinci iclasında aparılan müzakirələri davam etdirmək məqsədi ilə təşkil ediləcək.

Qeyd edək ki, baş nazirin birinci müavininin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməsi nəzərdə tutulub.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə