Rəsmi Tbilisi buna yol verməyəcək

Rəsmi Tbilisi buna yol verməyəcək

"Gürcüstanın xarici siyasətində dəyişiklik olmayacaq". SİA-nın verdiyi xəbərə görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teimuraz Şaraşenidze bu gün keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Gürcüstan dövlətinin ABŞ və Azərbaycanla strateji tərəfdaşlığı davam edəcək. Rusiya ilə münasibətlərə gəldikdə isə diplomat qeyd edib ki, bu, Gürcüstanın milli və suveren münasibətlərinə xələl gətirməyəcək: "Biz münasibətlərin qurulmasının tərəfdarıyıq. Rəsmi Tbilisi Gürcüstan ərazisində 3 diplomatik nümayəndəliyin fəaliyyət göstərməsinə yol verməyəcək. Bu məsələ yeni hakimiyyətin qarşısında duran əsas məsələdir".

Səfir onu da əlavə edib ki, Rusiya ilə münasibətlərdə prioritetlər bəyan edilsə də, hələ ki onlardan bir cavab yoxdur.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə