Gürcüstanda keçirilən parlament seçkilərində qalib gələn "Gürcü Arzusu" siyasi koalisiyası qanunverici orqanın sədri vəzifəsinə namizədini müəyyənləşdirib. SİA-nın məlumatına görə, bu vəzifəni koalisiyaya daxil olan Respublika Partiyasının lideri David Usupaşvili tutacaq. Onun müavinləri Manana Kobaxidze, Zurab Tkemaladze və Zurab Abaşidze olacaq.
Qeyd edək ki, parlamentin ilk iclası Kutaisi şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB