AŞPA-nın məruzəsi qeyri-obyektivdir

AŞPA-nın məruzəsi qeyri-obyektivdir

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslarla bağlı qəbul etdiyi son məruzə qeyri-obyektivdir". SİA-nın məlumatına görə, bunu cümə günü Bakıda jurnalistlərə Türkiyə parlamentinin üzvü, AŞPA-nın sabiq prezidenti Mövlüd Çavuşoğlu siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin təqdim etdiyi son məruzəsinə münasibət bildirərkən deyib: "Biz bilirdik ki, bu məruzə nəticədə təkmil sənəd olacaq və bütün ölkələr üçün keçərli olacaq. Lakin hazırlanan sənəd yalnız Azərbaycanla əlaqələndirilib".

Çavuşoğlu siyasi məhbusların təyin olunması üçün vahid mexanizmin yaradılmasının zəruri olduğunu diqqətə çatdırıb. Bu məsələ həm Mərkəzi, həm də Şərqi Avropa ölkələri üçün müzakirə olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə