"Azərbaycan və Türkiyə daima bir-birinə dəstək olub"

"Azərbaycan və Türkiyə daima bir-birinə dəstək olub"

"Hazırda Türkdilli ölkələrin səfirlərinin müəyyən bölgələr üzrə bir araya gəlməsi ilə bağlı iş aparılır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı bildirib.

Onun sözlərinə görə, burada onlar Türkdilli ölkələr ilə bağlı ortaq məsələləri müzakirə edəcəklər: "Bütün toplantılarda Azərbaycan və Türkiyə daima bir-birinə dəstək olub. Bu, Türkdilli ölkələrin toplantılarında da eyni cür olur, səfirlərin toplantısında da ənənəvi qaydada olacaq".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə