"Azərbaycana bənzər ikinci ölkə yoxdur"

Hikmət Ərən: "Azərbaycan insan haqqlarının pozulması dramını yaşayır"
"Azərbaycana bənzər ikinci ölkə yoxdur"

"Bu gün Azərbaycan 20 faiz torpağının Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon insan haqlarının pozulması dramını yaşayır". SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən deyib.

Onun sözlərinə görə, dünyada bu qədər insan haqları pozulan bir nümunə yoxdur: "Azərbaycan prezidenti də çıxışında dünya aydınlarının bir araya gələrək insan haqlarının qorunması sahəsində öz səylərini göstərməsi və həllinə yardım göstərməsini bir daha vurğuladı. Dövlət başçısı bildirdi ki, yalnız dünya aydınları belə bir problemin həllinə öz töhfələrini verə bilərlər. Ümid edirəm ki, Bakıda keçirilən bu tədbir bu sahədə öz töhfəsini verəcək və yekun bəyannamədə Azərbaycanın üzləşdiyi problemlər də öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə