Fəzail İbrahimli: "Xankəndi aeroportunun istifadəyə verilməsi inandırıcı görünmür"
Ermənistanın növbəti təxribatı

Xankəndi aeroportunun istifadəyə vermək cəhdi Ermənistanın işğalçılıq siyasətinin davamıdır

Müsahibimiz millət vəkili Fəzail İbrahimlidir

- Fəzail müəllim, Xankəndi aeroportunun növbəti həftə istifadəyə verilməsi planlaşdırılır. Bu, Ermənistanın növbəti təxribatı kimi dəyərləndirilə bilərmi?

- Təbii ki, Ermənistanın Xankəndi aeroportunun istifadəyə verilməsi ilə bağlı bəyanat səsləndirməsi işğalçılıq siyasətinin davamıdır. Yəni, dünya ictimaiyyəti qarşısında işğalçı ölkə olan Ermənistanın məhsuliyyətsizliyidir. Demək olar ki, dünya dövlətləri də işğalçı Ermənistana qarşı heç bir təsiredici ciddi addımlar atmaq niyyətində deyil. Heç bir təsirə məruz qalmayan Ermənistanın növbəti təxribatıdır. Bir sözlə, Xankəndi aeroportunun istifadəyə verilməsi inandırıcı görünmür.

- Ermənistanın təxribatları fonunda dünya birliyinin və beynəlxalq təşkilatların məsələyə ikili yanaşması nə zamana qədər davam edəcək?

- Təbii ki, işğalçı Ermənistanın təxribatları fonunda dünya birliyinin, beynəlxalq təşkilatların məsələyə ikili yanaşması var. Demək olar ki, bu hadisələrin mahiyyətini ifadə edən məqamlarda Qafqaz regionunda hər bir dövlətin öz maraqları var. Amma bu marqlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə toquşmamalıdır. Bir sözlə, nə qədər ki, bu maraqlar toquşur, beynəlxalq hüquq işləmir və dünya gücə söykənin o zamana qədər də bu məsələyə ikili yanaşmada bu formada davam edəcəkdir.

- Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlar prosesinə getsə belə, yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Bunun səbəbini nə ilə izah edərdiniz?

- Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinə getməsində məqsədi dünya birliyini aldamtaq ibarətdir. Yəni, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara getsə belə, son nəticədə heç bir razılığa gəlmir. Demək olar ki, status-kvo Ermənistanı qane edir. İşğalçı Ermənistan dünyanın güc mərkəzləri tərəfindən heç bir təsir və təzyiqə məruz qalmır. Əksinə işğalçı ölkə dəstəklənir. Əlbəttə, heç bir təsirə və təzyiqə məruz qalmayan bir ölkə öz başına addımlarını atmağa davam etdirəcəkdir. Ona görə də, Ermənistana layiq olan cəzasını vermək lazımdır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə