Əli Həsənov: "Münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir"
"Hal-hazırda Azərbaycan-İran münasibətləri normal səviyyədədir. Keçmişdə, xüsusilə də "Eurovision" ərəfəsində İranın bəzi dairələrinin apardığı anti-Azərbaycan kampaniyası fonunda kəşkinləşmiş münasibətlər aradan qalxmaqdadır". Bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
O bildirib ki, bu münasibətlərin normallaşması artıq öz təzahürünü göstərir: "Həm İran, həm Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətləri bundan sonra mehriban qonşuluq, dostluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində davam etdirməyə hazır olduqlarını bəyan ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB