Türkiyənin Azərbaycandaki səfiri Hülusi Kılıc Ramil Səfərovun azadlığa buraxılmasından sonra Ermənistan rəhbərliyinin və ASALA terror təşkilatının Azərbaycan və Türkiyəyə qarşı təhdidlərinə münasibət bildirib. O, bir sıra Avropa dövlətlərini bu məsələdə düzgün mövqe tutmamaqda və qərəzli münasibət nümayiş etdirməkdə ittiham edib.
"Biz bu ittihamları ciddi qəbul etmirik. Mən qərb ölkələrinə məsləhət görərdim ki, Qarabağ problemi həll edilməmiş bu cür məsələləri diqqətə almasınlar. Mən belə deyərdim "Ağaca baxırlar, arxadakı meşəni görmürlər". İlk növbədə meşəyə baxmalıdırlar. Çünki, meşədə çox ağac var. Dağlıq Qarabağ problemi həll olunmalı, bölgə inkişaf etdirilməlidir. Ermənistanda da bu inkişafdan öz payını alsın, amma barış şərti ilə. Biz çörəyimizin yarısını onlara verərik", - deyə səfir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB