"Ermənistan parlamentarilərinin müzakirəyə çıxardıqları sərsəm sənəddə bir çox məsələlər öz əksini tapıb. Erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlardan çıxmaqla əlaqədar irəli sürdüyü tezislərə görə demək olar ki, onlar heç bir təzyiqlərə davam gətirmirlər. Hamı bilir ki, Ermənistan bu danışıqlarda formal iştirak edir". Bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "Azərbaycan" qəzetinə müsahibəsinə müsahibəsində Ermənistanın sülh danışıqlarından imtinası ehtimalını şərh edərkən deyib.
"Ermənistan, əslində, vassaldır və öz "senyorunun" tapşırığını yerinə yetirir", - deyən Mübariz Qurbanlının sözlərinə görə, bu ölkənin danışıqlarda iştirakı, sadəcə, görüntü xarakteri daşıyır: "Erməni tərəfi bütün danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirib. Əgər bu ölkə danışıqlardan çıxacaqsa, buyursun çıxsın. Azərbaycan bundan heç də narahat deyil və təşviş keçirmir. Belə olan halda "B" variantı işə düşəcək. Bu isə müharibə variantıdır. Müharibə başlayacağı təqdirdə isə Azərbaycanın hərbi üstünlüyü özünü göstərəcək. Ermənistan bizi müharibə ilə "blef" etməsin. Çünki hərb meydanında bu ölkənin Azərbaycanla üz-üzə qaldığı anda tam gücsüz vəziyyətdə olacağı hər kəsə bəllidir. Onun "senyorunun" isə bu zaman ortaya girməsi qlobal müharibəyə çevriləcək. Ona görə də erməni tərəfinin bu "blefi" onun himayəçiləri tərəfindən də dəf olunacaq. Çünki müharibə Ermənistana və onun arxasında duran qüvvələrə ziyan gətirəcək. Müharibə aparmaq Azərbaycanın haqqıdır. Ölkəmizin torpaqları işğal olunub. Lakin Azərbaycan sülh danışıqları ilə torpaqlarını azad etmək istəyir. Azərbaycan Prezidenti İlham Əliyev xarici siyasətini çox dəqiq, sərrast və qətiyyətli şəkildə hücum xətti ilə qurub və bunun nəticəsində biz qonşu ölkələrlə gedən münasibətlərdə daim haqlı çıxmışıq. Bu gün də haqlıyıq və sabah da haqlı olacağıq. Həyat, zaman göstərəcək ki, Ermənistan gec-tez Azərbaycanın siyasəti sayəsində məğlubiyyətə düçar olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB