ATƏT-ə üzv ölkələr Bakıya toplaşır

ATƏT-ə üzv ölkələr Bakıya toplaşır

ATƏT-ə üzv dövlətlərdən 19-nun qurumda daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək. ATƏT-in Bakıdakı ofisindən verilən məlumata görə, səfirlərin Azərbaycana səfəri sentyabrın 10-11-nə planlaşdırılır.

SİA-nın aldığı məlumata görə, daimi nümayəndələr hökumət üzvləri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə