"Rəsul Quliyevin əqidədən danışması yaxşı hal deyil, buna heç ehtiyac da yoxdur. Bu sözləri Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ACP lideri Rəsul Quliyevin İsa Qəmbər haqqında dediyi "Demokratiyadan dəm vuran bir şəxsin partiyanın konfransını keçirmədən namizədliyini irəli sürməsi onun əqidəsinin göstəricisidir" fikirlərinə münasibət bildirərkən söyləyib.
T.Yaqublu açıqlamasında bildirib ki, İsa Qəmbərin prezidentliyə namizəd olmaq niyyətini ifadə etməsi üçün partiyanın qərarı lazım deyil: "Müsavat Partiyasının namizədi İsa Qəmbər olacaq, başqa variant mümkün deyil. Əgər İsa bəy belə niyyətini açıqlayıbsa, burada nə qəbahət var?! Hamı bilir ki, 2013-cü il seçkilərində İsa Qəmbər də yarışmaq iddiasındadır, Əli Kərimli də. İsa Qəmbər deməyib ki, vahid namizəd olacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB