Açıq Cəmiyyət Partiyası heç bir siyasi qurumla koalisiyaya getmək istəmir
Yaxın gələcəkdə Açıq Cəmiyyət Partiyasının hansısa siyasi təşkilatla koalisiyada təmsil olunma fikri yoxdur. Bunu partiyanın sədri Sülhəddin Əkbər SİA-a eksklüziv açıqlamasında deyib. ACP sədri həmçinin qeyd edib ki, rəhbərlik etdiyi partiyanın öz siyasi strategiyası var: "Öncə Azərbaycanda demokratik şəraitin yaradılmasıdır. Biz çalışırıq ki, qarşıdan gələn seçki azad və ədalətli keçsin və bu istiqamətdə geniş koalisiya yaratmaq fikrindəyik\".
Bundan başqa Sülhəddin Əkbər ACP-nin 2013-cü il prezident seçkilərinə qoşulması fikirinə də münasibət bildirib. O, qeyd edib ki, partiyanın fəaliyyət strategiyasında seçkilərə qoşulmaq fikri yer almır. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Liberal Demokrat və Açıq Cəmiyyət partiyalarının Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından çıxması ilə bağlı bəyanat verilmişdi. Həmin partiyaların təmsil olunduğu koalisiyaya rəhbərlik edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, münasibətlərin, hörmətin və anlaşmanın qorunub saxlanılmasının tərəfdarıdır. Bundan başqa Mirmahmud Mirəlioğlu iki partiyanın hərəkatdan çıxmasını qurumun parçalanması kimi dəyərləndirməyib: "Bu məsələdə hiss olundu ki, birgə fəaliyyət mümkünsüzdür. Bunu da normal qarşılamaq lazımdır. Əgər başqa cür olacaqsa, biz də öz sözümüzü deyəcəyik".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB