İngiltərənin keçmiş müdafiə naziri: “Gürcüstan və Azərbaycan bizim əsas müttəfiqimizdir”

İngiltərənin keçmiş müdafiə naziri: “Gürcüstan və Azərbaycan bizim əsas müttəfiqimizdir”

"Beynəlxalq ictimaiyyət Azərbaycanın suveren ərazilərinin işğalı faktını pisləməlidir". Bunu Böyük Britaniya parlamentinin üzvü, keçmiş müdafiə naziri Liam Foks Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Qlobal təhlükəsizliyə dəyişən təhdidlər" mövzusunda məruzə ilə çıxış edərkən deyib. Liam Foksun sözlərinə görə, müasir dünya hazırda təhlükəsizliyə yeni təhdidlərlə üzləşib və enerji təhlükəsizliyinin diversifikasiyası, terrorçuluq və nüvə təhdidlərinin qarşısının alınması zəruridir. Bundan başqa o qeyd edib ki, demokratik cəmiyyət quruculuğunda üç əsas pillə azad bazar, şəffaf hüquq sistemi və təməl hüquqların təmin olunmasıdır: "Bu cür dəyişikliyə nümunə kimi Gürcüstanı göstərmək olar". Liam Foks Cənubi Qafqazda vəziyyətin sadə olmadığını söyləyib və həm Azərbaycan, həm də Gürcüstan ərazilərinin işğal altında olduğunu xatırladıb. O, İranın nüvə proqramının da regionda sabitliyin pozulmasına təsir göstərdiyini vurğulayıb: "Əgər İran nüvə dövlətinə çevrilsə, bu, gələcək nəsillər üçün də qeyri-sabit situasiya yaradacaq". Sabiq müdafiə nazirin sözlərinə görə, Britaniya bölgədə sabitliyin möhkəmlənməsində maraqlıdır: "Gürcüstan və Azərbaycan yeni təhlükəsizlik arxitekturasının qurulmasında bizim əsas müttəfiqimizdir".



Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə