Azərbaycan ordusu daha bir əsgərini itirdi

Azərbaycan ordusu daha bir əsgərini itirdi

Bərdədə yerləşən "N" saylı hərbi hissədə ölüm faktı qeydə alınıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Gədəbəy rayonundan hərbi xidmətə çağırılmış 18 yaşlı Pərviz İsgəndərli intihar edib. Əsgərimiz özünü asaraq öldürüb. Hələlik intiharın səbəbi və saatı məlum deyil.

Əsgərin meyiti tibbi ekspertizadan keçirilmək üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ekpertdən keçdikdən sonra mərhumun cənazəsi son mənzilə yola salınmaq üçün doğulduğu Gədəbəy rayonuna yola salınıb.

Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə