Ölkə başçısı Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Ölkə başçısı Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev iyulun 9-da Hindistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarın etimadnaməsini qəbul edib. SİA-nın məlumatına görə, Azərbaycanla Hindistan arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı səfir V. Kumarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Prezident münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. İqtisadi sahədə qarşılıqlı marağın olduğunu vurğulayan dövlət başçısı ölkələr arasında siyasi, iqtisadi, turizm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu söyləyib.

Öz növbəsində, səfir V. Kumar Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirib. Səfir ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. V. Kumar Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu deyib

Bütün xəbərlər Facebook səhifəmizdə