Aİ prezidenti: “Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”-MÖVQE
Avropa İttifaqı (Aİ) Azərbaycanı enerji tərəfdaşı kimi qəbul edir və Aİ Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının prezidenti Herman van Rompey Azərbaycan Dillər Universitetində çıxışı zamanı deyib. O, qeyd edib ki, Azərbaycan çox etibarlı tərəfdaşdır və Azərbaycandan Avropaya bir neçə neft, qaz kəmərləri çəkilib: "Azərbaycan yerləşdiyi coğrafi məkan nöqteyi-nəzərindən unikal ölkədir. Avropa İttifaqı öz şərq qonşularına böyük diqqət ayırır. Bu yaxınlarda yeni Avropa Qonşuluq Siyasəti proqramının icrasına başlanılıb, bu, proqrama daxil olan ölkələrin inkişafını dəstəkləməyə yönəlib. Avropa İttifaqı öz qonşuları ilə münasibətləri təkcə iqtisadi əməkdaşlıq səviyyəsində qurmur, biz həmçinin vətəndaş cəmiyyətinə də böyük diqqət ayırırıq. Demokratiyanın inkişafında vətəndaş cəmiyyəti mühüm rol oynayır".
Onun sözlərinə görə, Avropa İttifaqı islahatların davam etdirilməsi və dərinləşməsində Azərbaycana dəstək verir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi faktını dəyərləndirən Herman van Rompey bildirib ki, Avropa İttifaqı Azərbaycanla bir sıra mühüm məsələlərdə əməkdaşlığı yüksək qiymətləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB