Millət vəkili, Azərbaycan-Gürcüstan Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Rulofsla və Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, "Gürcüstan və Azərbaycan Dostluq Evi"nin rəhbəri,Gürcüstan Universitetinin Hamilər Şurasının sədri Qiuli Alasaniya ilə görüşüb. SİA-nın məlumatına görə, qonaqları salamlayan millət vəkili Qənirə Paşayeva onları Azərbaycanda yenidən görməkdən məmnun olduğunu bildirib. Q.Paşayeva onu da vurğulayıb ki, Azərbaycan və Gürcüstan prezidentləri və onların xanımları arasındakı dostluq münasibətləri və hər gün daha da sürətlənən əməkdaşlıq hər iki ölkənin bu günü və gələcəyi üçün önəmli olmaqla bərabər, xalqlarımıza, insanlarımıza da gözəl örnəkdir. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi imkanları və perspektivləri və hər iki tərəf arasında qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə iki dost ölkə arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB