Estoniya parlamentinin sədri Azərbaycandadır

Estoniya parlamentinin sədri Azərbaycandadır

Estoniya Respublikası parlamentinin sədri xanım Ene Erqman bu gün Azərbaycana rəsmi səfərə gəlib.

SİA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Ene Erqman aeroportda jurnalistlərə deyib ki, Estoniyanın parlament sədri kimi ilk dəfə olaraq Azərbaycana səfər etməkdən məmnundur. Parlament səviyyəsində birgə işləmək üçün yaxşı imkanlar mövcuddur.

Səfər çərçivəsində Azərbaycanın və Estoniyanın qanunverici orqanları arasında əməkdaşlıq, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır.

Səfər müddətində Estoniya parlamenti sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə