"Ənənəvi KİV-dən on-line mediaya" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakıda "Ənənəvi KİV-dən on-line mediaya" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbir Azərbaycan Mətbuat Şurasının, ATƏT-in Bakı ofisinin, Avropa Şurasının və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin birgə təşəbbüsü ilə 2012-ci ilin iyulun 17-də "Park İNN"-də keçiriləcək. SİA-ya bu barədə məlumat Mətbuat Şurasından daxil olub.
Məlumatda bildirilir ki, konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, on-line media təmsilçiləri, yerli və beynəlxalq ekspertlər, müstəqil jurnalistlər, həmçinin dövlət və hökumət rəsmiləri iştirak edəcəklər.
Üç sessiyadan ibarət olacaq toplantıda əsasən on-line medianın ənənəvi media ilə əvəzlənməsində qarşıya çıxan problemlər, mövcud sahədə tətbiq edilən beynəlxalq standartlar, internet idarəetmənin xüsusiyyətləri, bu istiqamətdəki qanunvericilik bazası ilə bağlı durum, sosial media və sosial şəbəkələrin cəmiyyət həyatındakı rolu və sair məsələlər müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB