\"Son zamanlar "AzTelekom" İB-nin inkişafı elə sürətlə davam edib ki, onun özəlləşdirilməsində, paylarının alınmasında, həm daxili, həm də xarici şirkətlər üstünlük təşkil edir\". SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, "AzTelekom" İB-nin böyük investisiya layihələri vardır:
"Təxmini olaraq bu layihə 350 milyon manat təşkil edir. Bu layihə 2015-ci ilə qədər bütün Azərbaycan, optik şəbəkə üzrə mənzillərə yüksək sürətli geniş zolaqlı internetin verilməsini özündə cəmləşdirir. Layihə çox böyük rentabelli sayıldığı üçün "AzTelekom" bu layihənin üzərində işləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB