Bu gün Bakıda tıxac olmayacaq - Klinton gəlir

Hillari Klintonun səfəri ilə əlaqədar bağlanacaq yolların siyahısı


Bu gün ABŞ-ın dövlət katibi Hillari Klintonun Bakıya rəsmi səfəri ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu barədə BŞDYP İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.


Vaqif Əsədov bildirib ki, Hillari Klintonun Bakıya rəsmi səfəri ilə əlaqədar keçiriləcək dövlət tədbirləri istiqamətlərində yol hərəkəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə sabah saat 12:00-dan etibarən Aeroport şossesindən şəhər istiqamətinə, Yusif Səfərov küçəsi ilə Puşkin, Üzeyir Hacıbəyov, Azadlıq, Zərifə Əliyeva, Rəsul Rza, Neftçilər, Azneft meydanı, Niyazi, eləcə də Rəşid Behbudov, Fətəli xan Xoyski, Koroğlu Rəhimov və digər küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.


Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi və yaxud alternativ yollardan istifadə etməyi xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə