Milli Məclisin növbəti plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunur.

Bundan əlavə, iclasda "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında", "Azərbaycan Respublikasının ticarət gəmiçiliyi Məcəlləsinə dəyişikliklərin edilməsi haqqında", "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklər olunacaq, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və digər qanun layihələrinə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə