28 may tarixi Qazaxıstanda qeyd olunub

28 May-Respublika Günü münasibətilə Astanadakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının (AMMİ) təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilib. SİA-nın xəbərinə görə, AMMİ-nın sədri Vidadi Salahov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışıb, dövlətin qısa müddət ərzində keçdiyi şərəfli yol, bütün istiqamətlərdə o cümlədən ordu quruculuğu, diplomatik xidmət sahələrində aparılan işlər haqqında məlumat verib.

Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının prezidenti Serik Camalxanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi dünya şöhrətli siyasətçi kimi xarakterizə edib, ulu öndərin apardığı daxili və xarici siyasət və Azərbaycanın dünya birliyi arasında öz layiqli yerini tutması istiqamətindəki xidmətlərindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə