“31 may Ümumdünya Tütünlə Mübarizə Günü”nə həsr olunmuş tamaşa nümayiş olunub - FOTO
Azərbaycan Dillər Universitetində (ADU) mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə "31 may Ümumdünya Tütünlə Mübarizə Günüdür" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin şöbə müdiri Aynur Rəşidova, Ombdusman aparatının şöbə müdiri Yeganə Cəfərova, Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev, QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova və universitetin tələbə-müəllim heyəti iştirak edib.
ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək gənclərin sağlam həyat tərzinin formalaşmasına universitetdə ənənə halını almış bu kimi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində belə tədbirlərin əhəmiyyətindən danışan, Ə. Əliyev maarifləndirmə işinin bu sahədə önəmli rol oynadığını diqqətə çatdırıb. Mülki müdafiə kafedrasının həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirən Ə. Əliyev kafedra rəhbərliyinə və kafedranın baş müəllimi Sədaqət Musayevaya öz təşəkkürünü bildirib.
Sonra 1 saylı ingilis dili və regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin ifasında mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın ssenarisi əsasında səhnələşdirilmiş "Uçurumun kənarında" adlı tamaşa nümayiş etdirilib. Tamaşada gənclərin zərərli və pis vərdişlərə qurşanması, valideynlərin övladlarına göstərdiyi biganə münasibətdən, iki gəncin narkotika aludəçisi olmasından və xəstəliyə tutulmasından bəhs edib.
Tələbələrin, gənclərin üzləşdiyi problemləri obrazlı şəkildə canlandırılmasını yüksək qiymətləndirən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Aynur Rəşidova bu kimi tədbirlərin maarifləndirmə sahəsində önəmli olduğunu bildrib. Ombdusman aparatının şöbə müdiri Yeganə Cəfərova, Regional Psixologiya Mərkəzinin psixoloqu Murad İsayev, QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova da çıxış edərək tələbələri pis vərdişlərə qurşanmamağa çağırdılar.
Xatırladaq ki, tədbir ADU-nun mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın "Sağlam həyat tərzi- sağlam gələcəyə zəmanətdir" layihəsi çərçivəsində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB