İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib

İranda Azərbaycana qarşı etiraz aksiyaları keçirilib

Cümə namazından sonra təşkil edilən yürüşlərdə "Eurovision"un Bakıda keçirilməsinə qarşı şüarlar səslənib


Bu gün İranın Təbriz və Ərdəbil şəhərlərində Azərbaycana qarşı etiraz aksiyaları keçirilib. Cümə namazından sonra təşkil edilən yürüşlərdə "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsinə qarşı şüarlar səslənib. Müxtəlif şəhərlərdə cümə namazlarında Azərbaycana qarşı yürüşlərə və etiraz aksiyalarına çağırışlar olub.


Xatırladaq ki, mayın 8-də də İranın ayrı-ayrı din xadimlərinin çağırışı ilə Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirilmişdi.


İranda son vaxtlar Azərbaycana qarşı aparılan siyasətə etiraz olaraq sabahdan başlayaraq dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniya, İsveç, Amerika Birləşmiş Ştatları, İngiltərə və digər ölkələrdə aksiyalar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə