Ermənistanda parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər birgə bəyanatla çıxış edib
Ermənistanda parlament seçkilərini izləyən beynəlxalq müşahidəçilər birgə bəyanatla çıxış edib. Bu barədə SİA-ya məlumat ATƏT-in mətbuat xidmətindən daxil olub. Bəyanatda deyilir: "Ermənistanda parlament seçkilərində seçicilərə təzyiq və şikayətlərə baxılması proseduru aşağı səviyyədə təşkil olunub. Bu isə qeyri-bərabər rəqabət mühitin yaranmasına gətirib çıxarıb. Eyni zamanda seçkilərdə siyasi partiyalar arasında qarşılıqlı etimadın olmaması narahatlıq doğuran məqamlardan biridir".
ATƏT müşahidə missiyasının rəhbəri Nikolson Uinterborn bildirib ki, ölkə qanunvericiliyində seçicilərin qeydiyyatı prosesi yaxşılaşdırılıb: "Lakin seçkilərin saxtalaşdırılması üçün sui-istifadə imkanlarının mövcudluğu bu prosesə etimadsızlıq əlavə edib. Seçici fəallığı yüksək olsa da, kifayət qədər prosesə əsassız müdaxilə faktları qeydə alınıb və bu da ciddi narahatlıq doğurur. Hakimiyyət gələn il keçiriləcək prezident seçkilərinə kimi bu qəbul olunmaz məqamları aradan qaldırmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB