Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın xarici işlər naziri ilə görüşüb. AzərTAc-ın verdiyi məlumata görə, ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.
Argenitinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Prezident ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə də görüşüb. General Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib.
Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən prezident antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB