Paytaxtda hava 28 dərəcə isti olacaq

Paytaxtda hava 28 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Abşeron yarımadasında temperatur gecə 12-16°, gündüz 23-28° isti olacaq. Bakıda isə gecə 13-15°, gündüz 23-27° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 760 millimetr civə sütununadək enəcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz isə 55-65 faiz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə