Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentinə məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu ünvanlayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: \"Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında münasibətlərin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə xidmət edəcəkdir\".

İlham Əliyev Ceykob Gedleyihlekisa Zumaya möhkəm cansağlığı, işlərində uğurlar, dost CAR xalqına əmin-amanlıq və rifah arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə