Qadınları cinsi istismar məqsədilə Dubaya aparan qadın saxlanılıb

Qadınları cinsi istismar məqsədilə Dubaya aparan qadın saxlanılıb

Qadınları cinsi istismar məqsədilə Dubaya aparan Bakı sakini polislər tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, idarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1967-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi ev 1055-də pasport qeydiyyatında olan Tağı-Zadə Nüşabə Cəmşid qızı insan alveri ilə məşğul olaraq cinsi istismar məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə aparması faktına görə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə