Əli Əhmədov: “Hər il YAP-ın sıralarına 25-30 min yeni üzvlər qəbul olunur” - AÇIQLAMA
Hər il Yeni Azərbaycan Partiyası sıralarına 25-30 min yeni üzvlərinin qəbul olunması Azərbaycan vətəndaşlarının ölkədə həyata keçirilən dövlət siyasətinə dəstəyin bariz göstəricisidir. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası rayon və şəhər təşklatları sədrlərinin ümumrespublika müşavirəsində çıxışı zamanı YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
İcra katibi bildirib ki, əgər insanlar bu siyasəti bəyənməsəydi, dəstəklənməsəydi və ya bunun faydasını görməsəydi, siyasətin həyata keçirilməsində yaxından iştirak etmək istəklərini ortaya qoymasaydılar hər il mütəmadi olaraq 25-30 minə qədər Azərbaycan vətəndaşı, xüsusilə gənclər partiya sıralarına qəbul olunmazdılar.
"2011-ci ilin yekunlarına görə, Yeni Azərbaycan Partiyasının sıralarına 25 mindən çox yeni üzvlər qəbul olunub. Nailiyyətin əldə olunmasında Azərbaycan vətəndaşlarının, xüsusilə onların daha fəal hissəsi olan Yeni Azərbaycan Partiyası üzvlərinin mühüm əməyi var. Partiyada birləşən insanların sayı 560 minə yaxınlaşır. Bu böyük bir rəqəmdir. İnanırıq ki, bir neçə ildən sonra partiyanın sıralarında 600 min insan birləşəcək. Bu isə Azərbaycan vətəndaşlarının dövlətini, Yeni Azərbaycan Partiyasını və həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləməsidir", - deyə Ə.Əhmədov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB