Sanqaçalda yeni hərbi texnikaya baxış keçirilib-YENİLƏNİB

Sanqaçalda yeni hərbi texnikaya baxış keçirilib-YENİLƏNİB
Dövlət Sərhəd Xidmətinin (DSX) texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi, müasir döyüş texnikası və digər texniki vasitələrin alınaraq ölkə sərhədinin mühafizəsi işində tətbiq edilməsi əsas vəzifələrdən biridir və bu proses uğurla davam etdirilir. SİA-nın xəbərinə görə, bugün Aviasiya dəstəsinin bazasında yeni alınmış texnikaların döyüş sıralarına qəbul edilməsi ilə əlaqədar tədbir keçirilib. DSX-nın rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev və baş nazirin müavini Yaqub Eyyubov tədbirdə iştirak edən qonaqlarla birgə müxtəlif döyüş texnikalarına-Mi-35, Mi-17, Mi-8 helikopterlərinə və "Kobra" tipli yüngül zirehli döyüş maşınına, "Land-Rover" tipli şəxsi heyət daşıyan zirehli maşına, "Land-Rover-110" tipli çevik hərəkət maşınına baxış keçirilib. Nümayiş etdirilən zirehli döyüş helikopterlərinin və texnikalarının taktiki-texniki imkanları barədə məlumatlar verilib.


Sonra Mi-35 helikopterlərinin nümunəvi uçuşu nümayiş etdirilib. 45 dərəcə bucaq altında forsajlı döngələr, şığıma, yüksəlmə, döyüş dönməsi, dönmə uçuşu və digər mürəkkəb elementlər uğurla icra olunub. DSX-nın rəisi Elçin Quliyev qarşıya qoyulmuş vəzifələrin daha yüksək səviyyədə yerinə yetirilməsi, döyüş sıralarına yeni daxil edilən texnikaların səmərəli tətbiqinə dair müvafiq tapşırıqlar verib, Mi-35 helikopterinin nümunəvi uçuşları zamanı peşəkarlıq göstərən heyət üzvlərinə təşəkkür elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə