Allahşükür Paşazadə Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri ilə görüşüb

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri Fəhd bin Əli əl-Düsərini ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A.Paşazadə aprelin əvvəlində Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı keçirdiyi görüşlər, Azərbaycan Həcc missiyasını həyata keçirən QMİ ilə Krallığın Həcc Nazirliyi arasında imzalanan protokol barədə səfirə məlumat verib.

Səfiri Fəhd bin Əli əl-Düsəri Şeyxülislam Allahşükür Paşazadənin səfərini və keçirilən görüşləri yüksək dəyərləndirib. O, ölkələrimiz arasındakı əlaqələrin sağlam dayaqlar üzərində qurulduğunu qeyd edib, bu münasibətlərin gələcəkdə də davam etdirilməsi üçün səy göstərəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə