Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar tədbir keçirilib - FOTO
Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Komitəsində "Ümumdünya Əməyin Mühafizəsi günü" qeyd olunub. Tədbirdə komitənin sədri Seymur Orucov, sədr müavini Rəşad Səfərov, Rəyasət Heyətinin üzvləri, həmkarlar itiifaqı komitəsinin sədrləri və əməyin mühafizəsi sahəsi üzrə mütəxəssislər iştirak edirdilər.
Qurumdan SİA-ya verilən məlumata əsasən, tədbiri komitənin sədri Seymur Orucov açaraq, bütün dünyada əməyin mühafizəsinin başlıca məsələlərdən olduğunu və bunun da birbaşa insanın həyatı ilə bağlılığını vurğulayıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ciddi işlər görüldüyünü deyən sədr, onların da bu sahədə Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq daim əməyin mühafizəsi ilə bağlı reydlər keçirdiyini bildirib. Sədr əməyin mühafizəsi və işçilərin sağlamlığının qorunması məsələlərinə daha ciddi nəzarət etmələrini tədbir iştirakçıların nəzərinə çatdırıb.
Sonra Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Rəşad Səfərov yığıncaq iştirakçılarına əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahələri üzrə birlikdə həyata keçirilən layihələr və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən şəxslər də əməyin mühafizəsinin və sağlamlığının qorunmasını müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bundan sonrada işçilərin əməyinin mühafizəsinə və sağlamlığının qorunmasına ciddi nəzarət edəcəklərini bildiriblər.
"Biz insanları işçilərimizi qorumalıyıq. Bunun üçün əlimizdən gələni etməliyik",- deyə Seymur Orucov tədbiri yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB