\"Rəhbərlik və mülki təhsil” mövzusunda seminar öz işinə başlayıb

\"Rəhbərlik və mülki təhsil” mövzusunda seminar öz işinə başlayıb

Bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında "2012-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı" na uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında Almaniya nümayəndə heyətinin iştirakı ilə "Silahlı Qüvvələr demokratiya şəraitində" silsiləsindən "Rəhbərlik və mülki təhsil" mövzusunda seminar başlayıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iki gün davam edəcək seminarda Müdafiə Nazirliyinin müxtəlif idarə və xidmətlərindən, hərbi tədris müəssisələrindən və Silahlı Qüvvələrin qoşun növlərindən 20 nəfərədək heyət iştirak edir.


Məlumat üçün bildirək ki, seminarda "Qoşunlara siyasi, təşkilati rəhbərlik və Federal Silahlı Qüvvələrin tapşırıqları", "Almaniyada Silahlı Qüvvələrin hüquq və vəzifələri", "Qayda-qanun və tabeçilik", "İntizam qanunu" mövzularında müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə