Azad Rəhimov: “Prioritet məsələ namizəd şəhərlərin “qısa siyahısı”na düşməkdir” - MÖVQE
"Hazırda bizim üçün prioritet məsələ namizəd şəhərlərin "qısa siyahısı"na düşməkdir. İdman tədbirlərinin keçirilməsi üçün Bakı gözəl iqlim şəraitinə malikdir. Biz habelə qonaqları ölkəmizin zəngin tarixi ilə tanış etməyə hazırıq. O da əsasdır ki, dünyada maliyyə böhranı yaşandığı bir dövrdə Azərbaycan iqtisadiyyatının ən güclü və sürətlə artan iqtisadiyyatlardan biri olmasıdır. 2020-ci il olimpiadasının keçirilməsinə namizəd kimi Bakının bir çox üstünlüyü var". Bu sözləri gənclər və idman naziri Azad Rəhimov "İzvestiya" qəzetinə verdiyi müsahibədə bildirib.
Qeyd edək ki, aprelin 14-də Moskvada "Olimpiada-2020" yay oyunlarına ev sahibliyi etməyə namizəd 5 şəhərin – Bakı, Doha (Qətər), Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokionun (Yaponiya) ərizələrinin ilk təqdimatı olacaq. Mərasimdə namizəd şəhərlər haqda nümayiş olunacaq 10 dəqiqəlik video-çarx 204 ölkənin Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası üzvləri tərəfindən izlənəcək və Beynəlxalq Olimpia Komitəsi (BOK) "qısa siyahı"nı hazırlayarkən onların rəylərini ciddi nəzərə alacaq. Yalnız bundan sonra BOK İcraiyyə Komitəsinin verəcəyi qərara əsasən, namizəd şəhərlərin sayi 5-dən 3 və ya 4-ə endiriləcək. İK-nın tarixi iclasının isə mayın 23-25-də Kanadanın Kvebek şəhərində keçirilməsi nəzərdə tutulur.
Rusiyanın Olimpia komitəsindəki mənbələrdən verilən xəbərə görə, Moskva Bakının namizədliyini dəstəkləyəcək. Bu, həmrəylikdən başqa onunla əlaqələndirilr ki, keçmiş SSRİ respublikaları adətən bir-birinə səs verir. Bundan başqa Azərbaycan paytaxtının iqlim və cöğrafi baxımdan, Rusiya idmançılarına uyğunluğu da xüsusi qeyd olunur.
Azad Rəhimovun sözlərinə görə, 2007-ci ildə keçirilən seçkilərdə Azərbaycan da "Olimpiada-2014" qış oyunlarında Rusiyaya dəstək vermişdi: "Soçinin ərizəsi bizi 2016-cı ildə Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi üçün və bu gün 2020-ci il olimpiadasına ərizə verməyə ruhlandırdı. Biz "Soçi-2014"-ün Təşkilat Komitəsi ilə sıx əlaqə saxlayırıq və Soçinin hazırlıq təcrübəsindən çox şey öyrənmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB