Ermənilər Avropaya getmək üçün məhz namizədliklərini irəli sürürlər
"Ermənistanda parlament seçkilərdən sonra Avropaya getmək üçün qəsdən namizədliklərini irəli sürənlər var". SİA-nın xəbərinə görə, bunu Ermənistanın "Qraparak" qəzeti yazıb. Nəşrdə bildirilir ki, bir çox Ermənistan vətəndaşları qarşılarına mümkün qədər Avropaya tez çatmaq və orada siyasi sığınacaq almaq məqsədi qoyub: "Lakin bunun üçün əsas lazımdır. Seçkilərdə siyasi motivlər üzrə təqib edilən şəxs statusunun alınması isə olduqca yaxşı bəhanədir.
Qəzet hesab edir ki, Avropada möhkəmlənmək niyyəti olanlar müvafiq vəsiqəyə malik olmaq üçün müxalifət namizədlərinin etibarlı şəxsləri olur: "Əgər konkret seçki məntəqəsində hər hansı insident baş versə, o zaman işi görülmüş hesab etmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB