Sabah ölkədə hava 22 dərəcə isti olacaq

Sabah ölkədə hava 22 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. SİA-nın məlumatına görə, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Temperatur gecə 5-8° isti, gündüz 17-22° isti olacaqdır. Bakıda gecə 6-8° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır. Temperatur gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 14-19° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə