Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanda MDB xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün aprelin 6-da Astanaya gedəcək. SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Qazaxıstanın ev sahibliyi edəcək konfransda Türkməınistan, Ermənistan, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ukrayna, Özbəskistan və Moldova xarci işlər nazirləri, həmçinin MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedevdə iştirak edəcək. Nazirlər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
Bu toplantıdan başqa, Astanada MDB-nin bir neçə üzvünün təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yığıncağı da keçiriləcək. Azərbaycanın da qatılacağı iclasda üzv ölkələr arasındakı təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Bu ilin mayında isə KTMT təşkilatının 10-cu ildönümü qeyd ediləcək. Tədbirdə təşkilat üzvləri - Qazaxıstan, Rusiya, Tacikistan, Ermənistan, Belarus, Qırğızıstan və Özbəkistan xarici işlər nazirləri, KTMT baş katibi Nikolay Bordyuja qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB