Avronest Parlament Assambleyasının III sessiyasının tarixi bəlli oldu

Avronest Parlament Assambleyasının III sessiyasının tarixi bəlli oldu

Avronest Parlament Assambleyasının gələn il keçiriləcək III sessiyasının yeri və vaxtı məlum oldu. SİA-nın verdiyi xəbərə görə, bu barədə Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigenin II sessiyanın bu gün keçirilən plenar iclasında deyib. O, bildirib ki, gələn il Avronest Parlament Assambleyasının III sessiyası 28-29 may tarixlərində Brüsseldə təşkil olunacaq.

Qeyd edək ki, bununla bağlı qərar bu gün keçirilən iclasda müzakirəyə qoyub.

Həmçinin qərara alınıb ki, Avronestin daimi komitələrinin iclasları 2013-cü il plenar sessiyasından əvvəl keçiriləcək.

Sonra qurumun növbəti il üçün təklif olunan tədbirləri müzakirə olunub.

Azərbaycanlı millət vəkili Fuad Muradov enerji komitəsində müzakirə və təklif olunan tədbirləri açıqlayıb. Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacağı konfransın bu il keçirilməsi planlaşdırılır. O həmçinin qeyd edib ki, sentyabr ayında Brüsseldə ekspert komissiyasının iclası keçiriləcək.

Bu gün keçirilən plenar iclasda enerji komitəsindən olan Ukrayna nümayəndə heyətinin enerji məsələlərini müzakirə etmək üçün debatlar keçirməsi təşəbbüsü də açıqlanıb və qeyd edilib ki, bu seminar yeni ideyalar gətirəcək.

Qeyd edək ki, Avronest PA-nın sosial komitəsinin üzvləri isə bu ilin payızında quruma daxil olan ölkələrin gənclər forumunun keçirilməsi təşəbbüsünü irəli sürüblər.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə